[b]Konte yenə şikayətləndi[/b]
24.11.2017 - 22:11
[b]Konte yenə şikayətləndi[/b]

“Çelsi”nin baş məşqçisi Antonio Konte növbəti dəfə təqvimdən şikayətlənib. Apasport.az xəbər verir ki, klub saytına danışan italiyalı çalışdırıcı Premyer Liqanın XIII turunda “Liverpul”la qarşılaşacaqları oyuna hazırlıq üçün az vaxtlarının olduğundan gileylənib.

 

“Çalışdıq ki, yaxşı hazırlaşaq. Ancaq bir amili nəzərə almalıyıq ki, bizim bu oyuna hazırlıq üçün cəmi bir gün vaxtımız oldu. Bu, yalnız “Çelsi”nin oyunçularına deyil, bütün komandalara aiddi. Çox sıx qrafiklə çıxış edirik və bu da bizə yaxşı hazırlaşmağa mane olur”.

 

Qeyd edək ki, Çempionlar Liqasının V turunda çərşənbə günün Bakıda “Qarabağ”la qarşılaşan “Çelsi” sabah “Liverpul”la üz-üzə gələcək.

0