Tarixində 6-cı dəfə İngiltərə çempionu olan “Çelsi”nin baş məşqçisi Antonio Konte Premyer Liqada tarixə düşüb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis debüt mövsümündə Premyer Liqanın qalibi adını qazanan 4-cü məşqçi adına yiyələnib.
Joze Mourinyo 2004/05, Karlo Ançelotti 2009/10, Manuel Pelleqrini 2013/14 mövsümlərində eyni uğura sevinib.
Kontenin imza atdığı daha bir “4” isə italiyalı məşqçilərin adı ilə bağlıdı. O, Premyer Liqada çempion olan 4-cü appeninlidi. Ona qədər Karlo Ançelotti, Roberto Mançini və Klaudio Ranyeri bu uğura sevinib
Konte həm də baş məşqçi kimi 4-cü çempionluğunu yaşayıb. O, 2011/12, 2012/13 və 2013/14 mövsümlərində İtaliya “Yuventus”u ilə qızıl medala yiyələnib.
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”