İtaliya milli komandasının baş məşqçi postuna yenidən Roberto Donadoni gətirilə bilər. Apasport.az saytının məlumatına görə, hazırda “Bolonya”ya rəhbərlik edən mütəxəssis AVRO-2016-nın final mərhələsindən sonra “Skuadra Adzurra”nı çalışdırmağa əsas namizəddi.
O, Fransadakı yarışdan sonra vəzifəsindən ayrılacağı dəqiqləşən Antonio Konteni əvəzləməlidi. Futbolçu kimi də millidə çıxış etmiş Donadoni 2006-2008-ci illərdə də yığmaya rəhbərlik edib.
DÇ-2006-dan sonra dünya çempionu titulunun sahibinin baş məşqçisi təyin olunan mütəxəssis yığmanı seçmə mərhələdəki uğuru ilə AVRO-2008-ə daşıyıb. Bu yarışın qrup səddini adlayan italiyalılar 1/4 finalda çempionatın gələcək qalibi İspaniyaya penaltilər seriyasında uduzub.
Bundan sonra postunu tərk edən Donadoni “Napoli”, “Kalyari” və “Parna”da çalışıb. O, 2015-ci ilin oktyabrından “Bolonya”ya rəhbərlik edir.