İngiltərə yığmasının sabiq hücumçusu Piter Krauçun adı “Ginnesin Rekordlar Kitabı”na düşüb. Apasport.az saytı xəbər verir ki, “Stok Siti”nin futbolçusu başla vurduğu qolların sayına görə İngiltərə Premyer Liqasının rekordçusudu.
İndiki məqamda təcrübəli forvardın hesabında 36 qol var.
Krauçun ən yaxın izləyicisi “Arsenal”ın üzvü Olivye Jirudu. Fransalı futbolçu İngiltərə çempionatında başla 28 qola imza atıb.
Qeyd edək ki, 2005-2010-cu illərdə İngiltərə yığmasında oynamış Piter Krauç “Stok Siti”dən əvvəl “Tottenhem”, “Kuinz Park Reyncers”, “Portsmut”, “Aston Villa”, “Norviç Siti”, “Sauthempton”, “Liverpul” və “Portsmut” klublarının formasını geyinib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"