[b]La Liqada yeni komanda[/b]
05.06.2016 - 01:27
[b]La Liqada yeni komanda[/b]

İspaniyada La Liqaya yüksələn ikinci komanda bəlli olub. Apasport.az saytının məlumatına görə, Sequndanın 42-ci turunda “Mirandes”lə qarşılaşan “Leqanes” minimalhesablı qələbə sayəsində Primeroya yüksəlməyə haqq qazanıb.

 

Bu qələbə ilə xalını 74-ə yüksəldən Madrid təmsilçisi 2-ci pilləni tutmağı və bununla da elitaya yüksəlməyi təmin edib. Bu, “Leqanes”in tarixindəki ilk belə uğurudur.

 

Qeyd edək ki, La Liqaya yüksələn ilk komanda keçən həftə “Numansiya”ya qalib gələn (2:0) “Alaves” olmuşdu.