[b]Frenk Lempard “Çelsi”yə qayıdır[/b]
15.11.2016 - 12:30
[b]Frenk Lempard “Çelsi”yə qayıdır[/b]

“Nyu-York Siti”nin yarımmüdafiəçisi Frenk Lempard “Çelsi”yə qayıda bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, London klubu veteran futbolçuya təklif göndərib.

 

Belə ki, “zadəganlar” 38 yaşlı futbolçuya karyerasını bitirməyi təklif edib. “Nyu-York Siti”dən ayrılmağa hazırlaşan Lempard əgər butslarını mıxdan asmaq qərarına gəlsə, “Çelsi”də ya məşqçi ya da səfir kimi fəaliyyət göstərəcək. Həmçinin ulduz futbolçunun “Sky Sports” kanalında şərhçi kimi çalışması da istisna deyil.

 

Qeyd edək ki, Frenk Lempard 2001-2004-cü illərdə “Çelsi”nin formasını geyinib, bu komandanın heyətində keçirdiyi 648 oyunda 211 qola imza atıb.