[b]Leroy Corc Şehiçlə toqquşdu, həkimlər məşq etməyə icazə vermədi - FOTO[/b]
21.10.2014 - 19:42
[b]Leroy Corc Şehiçlə toqquşdu, həkimlər məşq etməyə icazə vermədi - FOTO[/b]

Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə “Dnepr”lə qarşılaşacaq “Qarabağ”ın heyətində ciddi itki baş verib. Apapsort.az saytının məlumatına görə, Ağdam klubun bugünkü -  Bakıda sonuncu məşqində komandanın aparıcı oyunçularından biri olan Leroy Corc məşqdə zədələnib.

 

Hollandiyalı futbolçu qapıçı İbrahim Şehiçlə toqquşub. Başından zədə alan Corca həkimlər məşq etməyə icazə verməyib.

 

Qeyd edək ki, “Qarabağ” sabah səhər Bakı – Kiyev reysi ilə Ukraynaya yollanacaq. Komandanın heyətində zədəli olan Çumbinyo Bakıda müalicəsini davam etdirəcək.

0