“Bavariya”nın hücumçusu Robert Levandovski Çindən aldığı fantastik təklifi qəbul etməyib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə polşalı hücumçunun agenti Çezari Kuxarski məlumat verib.
O bildirib ki, müştərisi Çinə köçməyə razılaşsaydı, bu yaxınlarda Asiya ölkəsinə yollanmış Karlos Tevezdən daha çox məvacib alacaqdı: “Robert sərfəli təklifi qəbul etmədi. Əgər o, Çindən gələn həmin təklifi qəbul etsəydi, 40 milyon avrodan da çox pul ala bilərdi. Yəni onun məvacibi Tevezin maaşından çox olacaqdı”.
Qeyd edək ki, Levandovski 2014-cü ildən “Bavariya”nın formasını geyinir.