[b]Levandovski və bizimkilər [/b]
07.01.2016 - 10:32
[b]Levandovski və bizimkilər [/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin yekunlarına əsasən dünyanın ən məhsuldar oyunçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, milli komandada və qitə kuboklarındakı ən azı 8 qol vuranların siyahısında 52 futbolçu yer alıb.

 

Planetin bombardirləri siyahısına polşalı Robert Levandovski başçılıq edir. O, yığmada da, Almaniya “Bavariya”sında 11 dəfə fərqlənib. Hesabında 22 qol olan hücumçu ən yaxın izləyicisini 2 top qabaqlayır. BƏƏ yığmasında 6, bu ölkənin “Əl-Əhli” klubunda 14 qol vuran Əhməd Xəlil ümumilikdə 20 dəfə fərqlənib. Portuqaliya millisində 3 dəfə rəqib qapılarına yol tapan Kriştianu Ronaldo İspaniya “Real”ında vurduğu 16 topla hesabını 19-a çatdırıb. O, 3-cü pillədə qərarlaşıb.

 

Siyahıda heç bir Azərbaycan futbolçusu yer almayıb.  Çünki bu göstəricidə rekordçularımız 4 dəfə fərqlənib. Millidə 1, avrokuboklarda 3 qola sevinən Cavid Hüseynov, həmçinin qitə miqyaslı turnirlərdə 4 dəfə fərqlənən Dodo və Riçard Almeyda siyahıya düşmək üçün lazım olan limitin yarısına nail olub.

 

0