[b]Lider autsayderə uduzdu, milli üzvündən xəbər yoxdu[/b]
19.02.2017 - 00:24
[b]Lider autsayderə uduzdu, milli üzvündən xəbər yoxdu[/b]

Futbol üzrə Slovakiya Fortuna liqasında 20-ci turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin bir müddət öncə transfer olunduğu “Jilina” da qış fasiləsindən sonra ilk matçına çıxıb.

 

Sözügedən klub səfərdə autsayderlər qrupunda qərarlaşmış “Seniça” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

 

Şeydayevin adı bu qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, "Jilina" hazırda 44 xalla çempionatın vahid lideridir.