[b]Messi 500-cü qolunu vurdu[/b]
07.11.2016 - 11:18
[b]Messi 500-cü qolunu vurdu[/b]

İspaniya La Liqasının XI turu “Barselona”nın lideri Lionel Messi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Sevilya” səfərində komandasının əzmkar qələbəsinin (2:1) memarı olan argentinalı yubiley qoluna imza atıb.

 

43-cü dəqiqədə hesabı bərabərləşdirən 29 yaşlı futbolçu “Barselona”da 500-cü qolunu vurub. O, indiyə qədər rəsmi görüşlərdə 469, qeyri-rəsmi matçlarda isə 31 qolla yadda qalıb.

 

Qeyd edək ki, Lionel Messi Argentina yığmalarında isə ümumilikdə 72 qola imza atıb.