Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvələ əsasən mayın 4-də dərc olunacaq rəsmi siyahıda ciddi dəyişiklik olmayacağını söyləmək mümkündü.
Çünki təxminlər çox az sayda komandanın mövqe dəyişikliyi edəcəyini göstərir. Buna da səbəb qarşıdakı dövrdə yığma dərəcəli matçların yox dərəcəsində olmasıdı.
Düzdü, Malavini 13 pilləlik eniş, Sent-Vinsent və Qrenadini 8 addımlıq yüksəliş gözləyir. Madaqaskarın 8, Sudanın 3 pillə geriləyəcəyini də indidən təxmin etmək mümkündü.
Amma bütün bunlar iki siyahı arasındakı 28 gün ərzində heç bir matça çıxmayacaq Azərbaycan millisinə təsir etməyəcək. 386 xala malik Robert Prosineçkinin yetirmələri 87-ci pillədə qalacaq.
Təxmini siyahıda komandamızın qonşuları arasında yalnız bir dəyişiklik diqqət çəkir. Liviya 90-cı pilləyə yüksəlməklə, millimizə yaxınlaşıb. Mavritaniya isə mövqeyini digər Afrika təmsilçisinə verib.
Millimiz və “qonşular”ı
83 (83). Benin – 396
84 (84). Konqo – 392
84 (84). Qabon – 392
86 (86). Norveç – 387
87 (87). Azərbaycan – 386
88 (88). Svazilend - 378
89 (89). Qətər – 369
90 (91). Liviya - 361
91 (90). Mavritaniya – 359
Ehtimallar dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayacağını vəd edir. Ümumiyyətlə, “50-lik”də yalnız bir yerdəyişmə olub. ABŞ-la birlikdə 23-cü yerə şərik olan Slovakiya bir addım geriləyəcək.
İlk “onluq”
1 (1). Braziliya – 1672
2 (2). Argentina – 1603
3 (3). Almaniya – 1464
4 (4). Çili – 1411
5 (5). Kolumbiya – 1348
6 (6). Fransa – 1294
7 (7). Belçika – 1281
8 (8). Portuqaliya – 1259
9 (9). İsveçrə - 1212
10 (10). İspaniya – 1204
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyində heç bir dəyişiklik qeydə alınmayacağı gözlənilir. Bu, həm mövqe, həm də xallara aiddi.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya – 1464
26 (26). Şimali İrlandiya - 823
42 (42). Çexiya - 679
81 (81). Norveç - 387
204 (204). San-Marino – 12
Qeyd edək ki, qonşu Türkiyə yığması 22-ci yerdə qalacaq. “Ay-ulduzlular”ın hesabındakı 863 xal dəyişməyəcək.