Sabah Çempionlar Liqası ilə paralel Gənclər Liqasına da start veriləcək. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin ilk turun 16 görüşü keçiriləcək.
Bu matçlar Azərbaycan çempionu adını daşıyan “Qarabağ”ın U-19 komandasının debütü ilə əlamətdar olacaq. Tarixdə ilk dəfə Azərbaycan təmsilçisi Gənclər Liqasının Çempionlar yolunda mübarizə aparacaq.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda “Çelsi” ilə görüşəcək. C qrupunun matçı London təmsilçisinin Surreydəki təlim-məşq bazasında keçiriləcək.
“Qarabağ”adək “Rəvan”la “Qəbələ” də U-19-ların avrokubok turnirində iştirak edib. Lakin hər iki komanda Çempionlar yolu üzrə mübarizə aparıb.
Mübarizəni ilk mərhələdə dayandıran ilk iki təmsilçimiz qola da həsrət qalıb. Bu isə o deməkdi ki, “Qarabağ” Azərbaycan klublarının Gənclər Liqasındakı ilk qoluna da imza ata bilər.
Qeyd edək ki, 2015/16 mövsümündə “Spartak”la qarşılaşan “Rəvan” səfərdə 0:4 hesabı ilə uduzub, Bakıda qolsuz sülhə razılaşmışdı. 2016/17 mövsümündə isə “Qəbələ” “Dinamo”ya (Moskva, Rusiya) öz meydanında 0:2, səfərdə 0:5 hesabı ilə yenilib.
Gənclər Liqası
Çempionlar Liqası yolu
C qrupu, I tur
12 sentyabr
16:05. “Çelsi” – “Qarabağ”
Baş hakim: Robert Hennessi
Baş hakimin köməkçiləri: Darraq Kiqan , Darren Keri (hamısı İrlandiya)
Dördüncü hakim: Con Basbi (İngiltərə)
UEFA nümayəndəsi: Bert Andersson (İsveç)
Hakim-inspektor: Peter Cons (İngiltərə)
Surrey. “Çelsi”nin təlim-məşq bazasının stadionu