Almaniya millisinin baş məşqçisi Yoahim Löv Azərbaycanla oyuna çağıracağı futbolçuların siyahısını müəyyənləşdirməyə başlayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis Bundesliqanın sürpriz komandası “Leypsiq”in bir neçə üzvünə dəvət göndərməyi planlaşdırır.
Löv “Leypsiq”in oyunçularını yerində izləmək üçün yanvarın 28-də bu komandanın çempionat çərçivəsində “Hoffenhaym”la ev matçını stadiondan izləyib. Maraqlıdı ki, həmin qarşılaşmada 57 yaşlı mütəxəssisin ən çox bəyəndiyi futbolçu “Hoffenhaym”ın hücumçusu Sandro Vaqner olub.
Almaniyalı həmkarlarımız bu mövsümü yüksək səviyyədə keçirən 30 yaşlı futbolçunun DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyuna çağırılacağını vurğulayıblar. Hətta Sandronun görüşün 60-cı dəqiqəsində qırmızı vərəqə alması da Lövün qərarına təsir etməyib.
Qeyd edək ki, Azərbaycan – Almaniya görüşü martın 26-da keçiriləcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı