[b]Luis Enrike: 4 klubdan biri[/b]
18.11.2017 - 12:08
[b]Luis Enrike: 4 klubdan biri[/b]

“Barselona”dan ayrıldıqdan sonra işsiz qalan Luis Enrike məşqçilik fəaliyyətini bərpa etmək niyyətindədi. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, o, növbəti mövsümdən yenidən iş başında olmaq istəyir.

 

Enrikenin bir neçə klubla danışıq apardığı bildirilir.

 

47 yaşlı çalışdırıcı İngiltərədə “Çelsi” və “Tottenhem” variantını nəzərdən keçirməyə hazırdı. Bundan əlavə, o, özünü PSJ və ya “Bavariya”da sınamaq arzusundadı.

 

Qeyd edək ki, məşqçiliyə 2008-ci ildə “Barselona”nın B komandasında başlayan Enrike daha sonra “Barsa”nın əsas komandası ilə yanaşı, “Roma” və “Selta”nı da çalışdırıb.