[b]Luis Enrike “Roma”ya qayıdır?[/b]
14.03.2017 - 18:32
[b]Luis Enrike “Roma”ya qayıdır?[/b]

“Barselona”nın baş məşqçisi Luis Enrike yenidən İtaliyada fəaliyyət göstərə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Roma” ispaniyalı çalışdırıcını geri qaytarmaq fikrindədi.

 

Paytaxt klubunun rəhbərliyi Enrikenin hazırkı məşqçi Luçano Spallettinin layiqli əvəzləyicisi ola biləcəyini düşünür. Danışıqlar baş tutsa, 46 yaşlı mütəxəssis yayda “canavarlar”la müqavilə bağlayacaq.

 

Qeyd edək ki, 2014-cü ildən “Barselona”nı çalışdıran Luis Enrike 2011-2012-ci illərdə “Roma”nın baş məşqçisi olub.