[b]Luis Enrike: Hücumçu axtarışındayıq[/b]
21.07.2016 - 18:43
[b]Luis Enrike: Hücumçu axtarışındayıq[/b]

“Daha güclü komandaya çevrilmək üçün işlərimizi davam etdiririk. Komandamız, onsuz da, yaxşı idi. Amma indi daha güclüyük”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Barselona” klubunun baş məşqçisi Luis Enrike deyib.

 

Ölkəsinin mətbuatına danışan təcrübəli çalışdırıcı hücumçu axtarışında olduqlarını bildirib. Enrikenin sözlərinə görə, alınacaq forvard istəkli oyunçu olmalıdı: “Bəli, hücumçu axtarırıq. Motivasiyalı oyunçu ilə müqavilə bağlamaq fikrindəyik. Həmin futbolçu qollar vurmalı, istəkli olmalıdı. Yəni rəqibin cərimə meydançası daxilində təhlükəli olan, əsl hücumçu axtarışındayıq”.

 

Qeyd edək ki, Luis Enrike 2014-cü ildən “Barselona”nı çalışdırır.