Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin yekunlarına əsasən, dünyanın ən yaxşı klub baş məşqçilərinin reytinq siyahısını dərc edib. Apasport.az saytının məlumatına görə, 10 çalışdırıcının yer aldığı siyahının ilk pilləsində ötən mövsüm "Barselona" ilə La Liqa, İspaniya Kral Kuboku, UEFA Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olan Luis Enrike qərarlaşıb.
İspaniyalı mütəxəssis 165 xalla reytinqdə hər kəsi qabaqlayıb. İkinci yeri Xosep Qvardiola ("Bavariya", 86), üçüncü pilləni isə Massimiliano Alleqri (“Yuventus”, 43) tutub.
Ən yaxşı klub baş məşqçiləri:
1. Luis Enrike ("Barselona") - 165 xal
2. Xosep Qvardiola ("Bavariya") – 86 xal
3. Massimiliano Alleqri ("Yuventus") – 43 xal
4. Unai Emeri ("Sevilya") – 39 xal
5. Marsello Qallardo (“River Pleyt”) - 33 xal
6. Karlo Ançelotti - 19 xal
7. Dieqo Simeone ("Atletiko") - 12 xal
8. Diter Hekinq ("Volfsburq") - 6 xal
9. Loran Blan (PSJ) - 5 xal
10. Miron Markeviç ("Dnepr") - 4 xal
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”