[b]Mahir 220-ci oldu[/b]
09.03.2017 - 22:21
[b]Mahir 220-ci oldu[/b]

Qətərlə yoldaşlıq oyunu millimizin heyətində daha bir debütlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, sonradan meydana çıxan Mahir Mədətov üçün Dohanın “Əl-Sadd” stadionundakı qarşılaşma yığmada ilk oyun olub.

 

O, start heyətində yer alan Tellur Mütəllimovun ardından millinin tarixinə düşüb. İlk rəsmi matçını 1992-ci ildə keçirən Azərbaycan millisinin 25 illik tarixindəki 227 matçda 218 futbolçu meydana çıxmışdı.

 

219-cu olan Tellurun ardından şans qazanan Mahir 220-ciliyə sahib çıxıb. “Qarabağ”da çıxış edən “Bakı”nın yetirməsi əvvəllər çağırıldığı millidə yalnız indi şans qazanıb.

 

Qeyd edək ki, az öncə final fiti verilən oyunda millimiz 2:1 hesablı qələbə qazanıb.