[b]Mahir Şükürovdan jurnalistlərə hörmətsizlik[/b]
27.09.2016 - 20:11
[b]Mahir Şükürovdan jurnalistlərə hörmətsizlik[/b]

Topaz Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Neftçi” – “Sumqayıt” matçı davam edir. Apasport.az saytının məlumatına görə, “Əlincə Arena”da baş tutan görüşü izləyənlər arasında milli komandamızın keçmiş üzvü Mahir Şükürov da var.

 

Son günlər haqqında “Neftçi”yə keçəcəyi söyləntiləri dolaşan müdafiəçi normal olaraq media nümayəndələrinin diqqət mərkəzinə düşüb. Matçın dövrə arasında bir qrup həmkarımız açıqlama almaq üçün ona yaxınlaşsa da, veteran futbolçu jurnalistlərə qarşı hörmətsizlik edib.

 

Belə ki, təxminən 10 nəfərə yaxın media mənsubunun əhatəsində olan Şükürov olduqca kobud formada “Danışmıram!” deyərək laqeyd şəkildə ordan uzaqlaşıb.