[b]Mahrez “Çelsi”ni “Barselona”ya rəqib etdi[/b]
08.06.2017 - 13:30
“Lester”in futjbolçusu Riyad Mahrez komandasını dəyişə bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi “Çelsi”nin maraq dairəsinə düşüb.
Keçidin baş tutması üçün “zadəganlar” rəqabətdən qalib ayrılmalıdılar. Belə ki, Mahrezlə “Barselona” da danışıq aparır. Futbolçu özü də “Lester”dən ayrılmağın tərəfdarıdı. O, klub rəhbərliyi ilə söhbətində transferə çıxarılmasını xahiş edib.
“Lester” Mahrezin başqa komandaya keçidindən 40 milyon avro qazanmağı planlaşdırır.
0
0