[b]Makedoniyalı futbolçu “Neftçi”ni təriflədi[/b]
20.07.2016 - 13:48
[b]Makedoniyalı futbolçu “Neftçi”ni təriflədi[/b]

“Neftçi ilə ikinci oyunda çox diqqətli olmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Şkendiya” klubunun futbolçusu Ardian Çuçuli deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Makedoniya təmsilçisi sabah “Neftçi”ni qəbul edəcək.

 

Ev sahiblərinin matçdan öncə keçirdiyi mətbuat konfransında “Şkendiya”nın ikinci kapitanı Çuçuli də iştirak edib. “Neftçi” barədə müsbət fikirlər səsləndirən futbolçu məqsədlərinin növbəti mərhələyə yüksəlmək olduğunu qeyd edib: “Rəqibin çox yaxşı heyəti var. “Neftçi” yaxşı təşkil olunmuş komandadı. Birinci oyundakı nəticədən istifadə edib, növbəti mərhələyə yüksələ bilərik. Makedoniya futbolu adına yaranmış fürsətdən istifadə etməliyik. Əlimizdən gələni edəcəyik ki, üçüncü mərhələyə adlayaq, klub tarixində yeni səhifə yazaq”.

 

- İlk oyun heç-heçə bitdi - 0:0. Düşünmürsüz ki, evdə qol buraxsanız, bu, vəziyyəti xeyli gərginləşdirər?

- Əlbəttə, bunu bilirik və düşünmüşük. Oyunda maksimum diqqətli olmalıyıq. Həm də azarkeş, doğma meydan amilindən istifadə etməyə çalışmalıyıq.

 

- İlk oyundan sonra rəqibi nə qədər tanıyırsız? Növbəti mərhələ şanslarınızı necə dəyərləndirərdiz?

- 50-50-yə. Təbii ki, 80-20 nisbətində deyil durum, güc və şans nisbəti təxminən bərabərdi. Biz şanslarımızdan istifadə etməliyik.

0