[b]Maksim Medvedevi qovan hakim UEFA Superkubokuna təyinat aldı[/b]
20.07.2016 - 14:52
[b]Maksim Medvedevi qovan hakim UEFA Superkubokuna təyinat aldı[/b]

UEFA Superkubokuna hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 9-da Norveçin Tronheym şəhərində keçiriləcək “Real” – “Sevilya” matçını Serbiya və Polşadan olan hakimlər idarə edəcək. İspaniya duelinin baş hakimi Milorad Majiç olacaq.

 

AÇ-2016-nın da iştirakçısı olan serbiyalı 2013-cü ildə Bakıya gəlib. O, Azərbaycan və Rusiya millilərinin DÇ-2014-ün seçmə mərhələsindəki heç-heçəsinə şahidlik edib – 1:1. Vaqif Cavadovun son dəqiqədə bərabərlik qolu vurduğu matçın referisi həmin görüşdə Maksim Medvedevə qırmızı vərəqə göstərib.

 

Majiç 2010-cu ildə Çempionlar Liqasının Polşadakı təsnifat matçında “İnter”in “Lex” üzərindəki minimalhesablı qələbəsini, ardınca penaltilər seriyasında uduzmasını izləyib.

 

UEFA Superkuboku

9 avqust

22:45. “Real” (İspaniya) – “Sevilya” (İspaniya)

Baş hakim: Milorad Majiç

Baş hakimin köməkçiləri: Milovan Ristiç, Dalibor Curceviç

Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)

Dördüncü hakim: Şimon Marçinyak

Ehtiyat hakim: Tomaş Listkeviç (hər ikisi Polşa)

Tronheym (Norveç). “Lerkendal” stadionu