[b]Mançini “Zenit”lə müqavilə bağladı[/b]
01.06.2017 - 16:34
[b]Mançini “Zenit”lə müqavilə bağladı[/b]

Rusiyanın “Zenit” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, Mirça Luçeskunun qovulmasından sonra boş qalmış postu Roberto Mançini tutub.

 

Məlumatı Sankt-Peterburq təmsilçisinin rəsmi saytı yayıb.

 

İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Mançini bu müddətdə uğurlu nəticə göstərsə, onun sözləşməsi daha 2 il müddətinə uzadılacaq.

 

Qeyd edək ki, Mançini məşqçilik fəaliyyəti ərzində “Fiorentina”, “Latsio”, “İnter”, “Mançester Siti” və “Qalatasaray” klublarını çalışdırıb.