Cənubi Koreyada keçirilmiş 20 yaşadək futbolçular arasında dünya çempionatının ən yaxşı oyunçusu bəlli olub. Apasport.az saytının məlumatına görə, çempion İngiltərənin hücumçusu Domink Solonke mudialın “Qızıl top”una layiq görülüb.
“Çelsi”nin oyunçusu komandasının çempionluğunda 4 qolla əsas səbəbkarlardan biri olub.
Qeyd edək ki, müxtəlif illərdə keçirilmiş U-20-lər arasında dünya çempionatında gələcəyin ulduzları “Qızıl top” qazanıblar. Dieqo Maradona (1979), Lionel Messi (2005), Toni Kroos (2007) Pol Poqba (2013) və s.
Hazırda milli komandamızın baş məşqçisi olan məşhur xorvatiyalı futbolçu Robert Prosineçki də bu mükafatı qazananlardandı. Bir zamanların məşhur oyunçusu 1987-ci ildə o vaxtkı Yuqoslaviya millisinin heyətində çempionluqla yanaşı “Qızıl top”u da qazanmışdı.