Əfsanəvi futbolçu Dieqo Armando Maradona İtaliya hökumətinə olan borcunu hələ də ödəməyib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalının borcunu vermək fikri də yoxdu.
Onun 1980-ci illərdə İtaliyada yaşadığı zaman 40 milyon avroluq vergi borcu yığılıb. Argentinalı isə yerli mətbuata açıqlamasında bu pulu ödəmək fikrində olmadığını bildirib: “Onlara heç nə vermək fikrim yoxdu. Artıq 25 ildi ki, vergi ödənişlərindən yayındığım üçün məndən 40 milyondan çox pul istəyirlər. Bütün cərimələr və borclar isə çoxdan silinib”.
Qeyd edək ki, Maradona 1984-1991-ci illərdə İtaliyada “Napoli”nin formasını geyinib.