[b]Maşallah Əhmədov ev dustaqlığına buraxılıb[/b]
30.12.2015 - 15:41
[b]Maşallah Əhmədov ev dustaqlığına buraxılıb[/b]

Binəqədi rayon Məhkəməsində həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun ev dustaqlığına buraxılmaqla bağlı şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, məhkəmə şikayəti təmin edib.

 

Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib. M. Əhmədov azadlığa buraxılıb.

 

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M. Əhmədovun barəsində dekabrın 17-də Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.