UEFA-nın Serbiya klubu “Partizan”a verdiyi cəza ləğv edilib. Apasport.az saytının məlumatına görə, komanda avrokuboklarda iştirak edə biləcək.
Belə ki, yanvar ayında qitə futbol qurumu son 5 ildə 3 dəfə borclarını ödəmədiyi üçün “Partizan”ı 3 il müddətinə avrokuboklardan kənarlaşdırılmışdı. Dərhal İdman Arbitraj Məhkəməsinə müraciət edən serbiyalılar arzularına çatıblar. “Partizan” rəhbərliyi bu müddətdə borclarını ödəyib və avrokubokda iştirakla bağlı bütün öhdəlikləri yerinə yetirib. Məhkəmə də UEFA-nın verdiyi cəzanın ləğvinə qərar verib. Bu isə o deməkdi ki, “Partizan” gələn mövsüm avrokubokda iştirak edə biləcək.
Qeyd edək ki, Serbiya çempionatının ilk mərhələsinin sonuna 3 tur qalmış “Partizan” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.