[b]Məhsuldar “İnter”, məğlubedilməz “Qəbələ”[/b]
02.03.2017 - 09:46
[b]Məhsuldar “İnter”, məğlubedilməz “Qəbələ”[/b]

Premyer Liqasında III dövrənin ən yaxşı komandasına XXI tur aydınlıq gətirəcək. Apasport.az saytının məlumatına görə, 2017-ci ilin ən yaxşısı dövrənin bu həftə baş tutacaq son turunun görüşlərində bilinəcək.

 

Bu il keçirilən mövsümün ikinci yarısının 6 turundan sonra isə ən yaxşı nəticə “Qəbələ”yə məxsusdu. Əyalət təmsilçisi bu il məğlub olmayıb. Roman Qriqorçukun yetirmələri dövrənin ən yaxşısı olmaq üçün son turda “İnter”ə qalib gəlməlidi.

 

Sonuncular isə III dövrədə topladığı xalların sayında yalnız “Qəbələ”dən geri qalır. Bu il hamıdan çox qol vuran Zaur Svanadzenin komandası “qırmızı-qaralar”ın məğlub etsə, dövrənin qalibi də ola bilər.

 

“İnter”lə eyni xal toplayan, şəxsi oyunlarda daha yaxşı nəticəyə malik “Neftçi” və “Zirə” də dövrənin qalibi olmaq imkanına malikdi. Bu iki komanda da son turda öz aralarında görüşəcək. Autsayderləri saymasaq, “Neftçi” dövrədə ən az qol vuran komandalardan biridi. Amma Elxan Abdullayevin yetirmələri bütün rəqiblərindən az top buraxıb.

 

Son üç mövsümün və çempionatın ilk yarısının qalibi olan “Qarabağ” isə  2017-ci ilin 5-ci komandasıdı. Qurban Qurbanovun yetirmələri “Neftçi” kimi cəmi 6 top vurub. Növbəti turda “Sumqayıt”ın qonağı olacaq ağdamlılar ilin ən yaxşısından 2, digərlərindən 1 xal geridədi.

 

“Sumqayıt” isə bu il 8 xal qazanıb. Samir Abasovun yetirmələri qələbə ilə “Qarabağ”ı da arxada qoya bilər.

 

Mövsümün ikinci yarısının iki ən uğursuz komandası isə “Kəpəz”lə AZAL-dı. Həm də çempionatın autsayderi olan cütlük hələ qələbəyə həsrətdi. Bakılılar hətta xal da qazana bilməyib. Qərblilər isə hamıdan çox – 10 top buraxıb.

 

1

Qəbələ

6

3

3

0

9-4

12

2

Neftçi

6

3

2

1

6-3

11

3

Zirə

6

3

2

1

7-6

11

4

İnter

6

3

2

1

10-7

11

5

Qarabağ

6

3

1

2

6-5

10

6

Sumqayıt

6

2

2

2

7-6

8

7

Kəpəz

6

0

2

4

3-10

2

8

AZAL

6

0

0

6

2-9

0