Topaz Premyer Liqasının XXX turu Azərbaycan çempionatları tarixinin 100 ən yaxşı bombardiri siyahısında dəyişikliklərə səbəb olub. Apasport.az saytının məlumatına görə, artıq siyahıda yeni futbolçu var.
Bu, “Qəbələ”nin futbolçusu Asif Məmmədovdu. Ölkə çempionatındakı qol sayını 25-ə çatdıran yarımmüdafiəçi “100-lüy”ə daxil olub.
Əslində, bu cədvəldə 100 yox, 102 oyunçu var. Buna səbəb 94-cü pilləyə 25 qol vuran 9 şərikin olmasıdı. Elə buna görə də Asif 94-102-ci pillələri bölənlər sırasında düşüb. 2016-cı ilin əvvəlinədək buna Yaşar Hüseynov, Yaşar Vahabzadə, Elçin Rəhmanov, Bəxtiyar Sadıqov, Zohair Benouahi, Robertas Poşkus, Draqan Çeran nail olmuşdusa, mövsümün ikinci yarısında Məmmədovadək Ruslan Qurbanov da 25-ə çatıb.
Artıq bu “100-lük”də olanlardan isə Reynaldo Silva növbəti dəfə fərqlənib. “Qarabağ”ın braziliyalısı 37-ci dəfə rəqib qapılarına yol tapıb. Bununla da o, son matçadək şəriki olduğu Ramin Nəsibovla Baçana Sxadadzeni arxada qoyub.
“Sambaçı” hazırda 59-63-cü yerləri bölən 5 oyunçudan biridi. Çünki onun kimi daha 4 futbolçu 37 qol sevinci yaşayıb. Bunlar Tərlan Əhmədov, Yakuba Bamba, Junior Nildo və karyerasını “İnter”də davam etdirən Rauf Əliyevdi.