[b]Merdən maraqlı təklif: Çempion olun, adınıza küçə verilsin![/b]
06.04.2016 - 17:35
[b]Merdən maraqlı təklif: Çempion olun, adınıza küçə verilsin![/b]

“Lester”in İngiltərə çempionatının cari mövsümündə liderlik etməsi klubun təmsil etdiyi eyniadlı şəhərin rəhbərliyinin də diqqətindən yayınmayıb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, Lesterin şəhərinin meri bir neçə küçənin doğma komandanın futbolçularının adını daşımasını istəyir.

 

Bunun üçün isə Klaudio Ranyerinin komandası mövsümü çempion kimi bitirməlidi. Əgər kollektiv bu uğura imza atsa, azarkeşlərin məktublarına əsasən, adı küçəyə veriləcək futbolçular seçiləcək.

 

İndiki məqamda fanatların məktublarında hücumçu Ceymi Vardinin adı daha çox yazılıb. 

 

Qeyd edək ki, 32 turdan sonra 69 xal toplayan “Lester” sona 6 tur qalmış ən yaxın izləyicisi “Tottenhem”i 7 xal qabaqlayır.