[b]Messi... Messi... Messi...[/b]
02.11.2016 - 01:16
[b]Messi... Messi... Messi...[/b]

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutan “Mançester Siti” – “Barselona” oyununda hesabı açan Lionel Messi vurduğu qolla bir sıra ilklərə imza atıb.

 

Belə ki, bu qol argentinalının Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsində rəqib qapılarından keçirdiyi 54-cü topdu. O, bu göstərici ilə əfsanəvi Raul Qonzalesi qabaqlaya bilib (53 qol).

 

Leo həm də bu mövsüm ÇL-də 7-ci dəfə fərqlənib ki, bu da ötən mövsüm vurduğu bütün qollardan daha çoxdu.

 

Bundan əlavə “Barselona”nın “10 nömrə”si karyerası ərzində “Mançester Siti”nin qapıçısını  6-cı dəfə məyus edib ki, ondan əlavə “şəhərlilər”in qapısından bu qədər qol keçirən oyunçu yoxdu.