[b]Messi “Alaves”lə oyuna hazırdı[/b]
09.09.2016 - 17:23
[b]Messi “Alaves”lə oyuna hazırdı[/b]

“Barselona”nın aparıcı futbolçusu Lionel Messi zədəsini sağaldıb. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun baş məşqçisi Luis Enrike məlumat verib.

 

O bildirib ki, Messi La Liqanın III turu çərçivəsində “Alaves”lə matçda oynamağa hazırdı. Lakin Enrike argentinalını meydana buraxıb-buraxmayacağı ilə bağlı dəqiq fikir səsləndirməyib: “Biz vəziyyəti hərtərəfli analiz edirik. Əsas futbolçunun durumudu. Lionel özünü yaxşı hiss edir və oynamağa hazırdı. Futbolçu üçün hansı qərarımız daha faydalı olacaqsa, onu da edəcəyik”.

 

Qeyd edək ki, “Barselona” – “Alaves” matçı sentyabrın 10-da keçiriləcək.