“Barselona”nın hücumçusu Lionel Messi cari mövsüm Çempionlar Liqasında (ÇL) qollarının sayını 10-a çatdırıb. Apasport.az saytının məlumatına görə, argentinalı forvard buna qrup mərhələsinin son turunda Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşmada hesabı açmaqla nail olub.
Leo bununla ÇL-in qrupunda 10 qol səddinə çatan ikinci futbolçudu. Lakin Messinin rekordu təkrarlamaq üçün 1 topu çatmayıb. Rekord isə 2015-16 mövsümündə qrupu 11 qolla tamamlayan “Real”ın hücumçusu Kriştianu Ronaldoya məxsusdu.
Qeyd edək ki, Lionel Messi karyerası ərzində Çempionlar Liqasındakı qolların sayını 93-ə çatdırıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı