[b]Messi 30 milyonluq otel aldı[/b]
08.06.2017 - 16:41
[b]Messi 30 milyonluq otel aldı[/b]

“Barselona” ilə yeni müqaviləni razılaşdıran Lionel Messi İspaniyada otel alıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvardın yeni oteli Barselonanın 40 km cənub-qərbində yerləşir.

 

30 yaşlı hücumçunun Sitjes qəsəbəsində olan 4 ulduzlu yeni otelinin qiyməti təxminən 30 milyon avro dəyərindədi. 2013-cü ildə inşa edilən binada 77 otaq mövcuddu. Dəniz kənarında yerləşən otelin bir gecəsi 250-300 avro təşkil edir.

 

Qeyd edək ki, yeni müqaviləyə görə, Lionel Messi 2022-ci ilə qədər “Barselona”ya məxsus olacaq. Onun illik məvacibi 30 milyon avrodan başlayacaq və bu məbləğ hər il artacaq.