[b]Messi də qəzaya uğrayan təyyarədə uçubmuş...[/b]
29.11.2016 - 15:24
[b]Messi də qəzaya uğrayan təyyarədə uçubmuş...[/b]

Braziliyanın “Şapekoense” klubunu Kolumbiyaya apararkən qəzaya uğrayan təyyarə futbol komandaları üçün tanış nəqliyyat vasitəsidi. Apasport.az saytının məlumatına görə, qəza zamanı 72 sərnişin və 9 ekipaj üzvünü daşıyan təyyarə cəmi 18 gün FİFA reytinqində dünyanın 1-cisi olan Argentina millisinin sərəncamında olub.

 

Planetin iki ən güclü futbolçusundan biri olan Lionel Messi və komanda yoldaşları həmin gün Braziliyadan Argentinaya qayıdıb. DÇ-2018-in Belu-Orizonti şəhərində keçirilən matçında 0:3 hesabı ilə uduzan argentinalılar doğma Buenos-Ayresə qəzaya uğramış təyyarə ilə dönüb.

 

Cənubi Amerika mənbələri digər komandaların da bu təyyarədən istifadə faktlarını vurğulayır. Konkret Venesuela yığmasının da bu addımı atdığı iddia edilir. Lakin onların nə vaxt və hansı oyun zamanı bunu etdiyi bildirilmir.

 

Qeyd edək ki, qəzaya uğrayan təyyarədə Azərbaycanda oynamış iki futbolçu – Tieqo de Xesus və Filipe Maçado da olub.