Fransanın “L`Equipe” nəşri ötən ilin rəmzi komandasını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, 2017-ci ilin simvolik heyətinə ən çox Madrid “Real”ının oyunçusu düşüb.
Bu komandanın 4 üzvü “11-lik”də yer aldığı halda, “Barselona” və PSJ hərəyə 2, “Yuventus”, “Çelsi” və “Tottenhem” isə hərəyə 1 futbolçu ilə təmsil olunublar.
Simvolik heyətə bu futbolçuların adları daxil edilib: Canluici Buffon (“Yuventus”), Daniel Alveş (PSJ), Serxio Ramos (“Real”), Samuel Umtiti (“Barselona”), Marselo (“Real”), Luka Modriç (“Real”), Nqolo Kante (“Çelsi”), Lionel Messi (“Barselona”), Neymar (PSJ), Harri Keyn (“Tottenhem”), Kriştianu Ronaldo (“Real”)
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb