[b]Messinin toy tarixi bəlli oldu[/b]
15.12.2016 - 00:16
[b]Messinin toy tarixi bəlli oldu[/b]

“Barselona”nın hücumçusu Lionel Messi evlənməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu uzun müddətdi birlikdə olduğu sevgilisi Antonelli Rokuçço ilə münasibətlərini rəsmiləşdirəcək.

 

İspaniya mətbuatının məlumatına inansanaq, cütlük toy tarixini 2017-ci ilə planlaşdırıb. Dəqiq gün haqqında isə hələ ki, məlumat verilmir. Ancaq bildirilib ki, mərasim Antonellinin doğulduğu Rosario şəhərində olacaq.

 

Qeyd edək ki, 2000-ci ildən birlikdə olan cütlüyün 4 yaşlı Tyaqo və bir yaşlı Mateo adlı övladları var.