[b]Messisiz Argentina Çilidən revanşı aldı[/b]
07.06.2016 - 09:14
[b]Messisiz Argentina Çilidən revanşı aldı[/b]

ABŞ-da təşkil edilən Amerika Kuboku – 2016-da qrup mərhələsinin ilk turu başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün səhər D qrupunun oyunları keçirilib.

 

Son finalçılar Argentina ilə Çili bu dəfə qrup matçında üz-üzə gəliblər. Zədəli Lionel Messinin yoxluğuna baxmayaraq, argentinalılar qələbə qazanaraq, ötənilki məğlubiyyətin əvəzini çıxıblar.

 

Qrupun digər görüşündə isə Panama Boliviyaya çətinliklə qalib gəlib. Sona 3 dəqiqə qalmış vurulan qol panamalılara 3 xal qazandırıb.

 

Qeyd edək ki, sabah ikinci tura start veriləcək. Səhər saatlarında A qrupunun komandaları üz-üzə gələcəklər. Meydan sahibi ABŞ-la Kosta-Rika Bakı vaxtı ilə saat 04:00-da, Kolumbiya ilə Paraqvay isə 06:30-da münasibətlərinə aydınlıq gətirəcəklər.

 

 

Amerika Kuboku – 2016

Qrup mərhələsi, I tur

D qrupu

 

Argentina – Çili – 2:1

Qollar: Di Mariya, 51; Baneqa, 59 – Fuenzalida, 90+3

 

Panama – Boliviya – 2:1

Qollar: Blas Peres, 11, 87 – Arse, 54