“Barselona” rəhbərliyi komandanın lideri Lionel Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, bunu Kataloniya klubunun prezidenti Xosep Maria Bartomeu deyib.
Klub rəhbəri argentinalı hücumçuya müddətsiz müqavilə təklif edəcəklərini bildirib: “Messi bizim üçün çox önəmli futbolçudu. Qarşıdakı aylarda onunla görüşümüz olacaq və müddət qoymadan yeni müqavilə təklif edəcəyik. Messinin hələ 29 yaşı var. Çox istedadlı, istəkli və uzun illər mükəmməl futbol oynayacaq səviyyədədi. Ona limit qoya bilmərik. “Barselona”da qalacağını düşünürəm”.
Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə hazırkı müqavilə müddəti 2018-ci ilin yayına qədərdi.