[b]Milan “Qarabağ”la oynamayacaq[/b]
14.03.2017 - 10:18
[b]Milan “Qarabağ”la oynamayacaq[/b]

Azərbaycan Premyer Liqasının XXII turunun ilk oyun günü 1 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Zirə”nin oyunçusu Milan Duriç növbəti turu buraxmalı olacaq.

 

Belə ki, “Kəpəz”lə səfər oyunundakı (0:1) sarı vərəqə 30 yaşlı yarımmüdafiəçi üçün mövsümdə 4-cü olub. Bu da serbiyalı futbolçunun XXIII turda oynamasına “qırmızı işıq” yandırıb. Milan “Qarabağ”la görüşü buraxacaq.

 

Qeyd edək ki, Duriç I dövrədə “Neftçi” (1:0) və AZAL (3:1), II dövrədə “Qarabağ”a (0:2) qarşı matçda xəbərdarlıq almışdı.