[b]Milito Çili klubunun baş məşqçisi təyin edildi[/b]
10.08.2017 - 10:14
[b]Milito Çili klubunun baş məşqçisi təyin edildi[/b]

Argentina yığmasının və “Barselona”nın sabiq futbolçusu Qabriel Milito Çilidə işləyəcək. Apasport.az saytı xəbər verir ki, 37 yaşlı çalışdırıcı “O`Higgins” klubunun yeni baş məşqçi təyin edilib.

 

Milito ilə 2018-ci ilin dekabrına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Gənc mütəxəssis işinin icrasına avqustun 14-də başlayacaq.

 

Qeyd edək ki, məşqçilik fəaliyyətinə 2013-cü ildə start verən Qabriel Milito bu vaxta qədər “Estudiantes” və “İndependiente” klublarını çalışdırıb.