[b]Milli futbolçu kənarda qaldı, komandası uduzdu[/b]
05.11.2016 - 00:12
[b]Milli futbolçu kənarda qaldı, komandası uduzdu[/b]

Almaniya II Bundesliqasında XII tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Aue” də növbəti matçına çıxıb. 

 
Komanda öz meydanında "Nürnberq”lə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
Milli oyunçunun adı görüşün iştirak ərizəsinə salınmayıb.
 
Qeyd edək ki, Nazarovun komandası geridə qalan XII turda 10 xal toplayıb və turnir cədvəlində 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.