[b]Milli futbolçu oynadı, komandası “Qalatasaray”dan xal aldı[/b]
11.09.2016 - 01:38
Türkiyə Super Liqasında III turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Ufuk Budağın komandası – “Kayserispor” da növbəti matçına çıxıb.
“Sarı-qırmızılar” doğma meydanda həmrəngləri “Qalatasaray” ilə oynayıb. Görüş bərabərliklə başa çatıb – 1:1.
Ötən tur "Fənərbaxça" ilə matçda oyuna sonradan girən və qol vuran Ufuk bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kayserispor" 3 turdan sonra 2 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.
0
0