[b]Milli futbolçumuz oynadı, komandası qalib gəldi[/b]
28.08.2016 - 14:10
[b]Milli futbolçumuz oynadı, komandası qalib gəldi[/b]

Gürcüstan çempionatında 4-cü turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Rasim Ramaldanovun çıxış etdiyi "Kolxeti" doğma meydanda "Saburtalo" ilə qarşılaşıb.

 

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Ramaldanov matça start heyətində başlayıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, 4 turdan sonra aktivində 9 xal olan Poti təmsilçisi yer aldığı “qırmızı qrup”da 2-ci pillədə qərarlaşıb.