[b]Milli futbolçunun yoxluğunda komandası uduzdu[/b]
04.09.2016 - 16:29
Futbol üzrə İspaniya Sequndasında 3-cü turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli futbolçumuz Eddi İsrafilovun komandası – “Kadis” də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Mirandes”lə qarşılaşıb. Görüş yığmamızın yarımmüdafiəçisinin komandasının məğlubiyyəti ilə yekunlaşıb – 2:3.
İsrafilov hazırda millimizin düşərgəsində olduğu üçün, komandasına bu oyunda kömək edə bilməyib.
Qeyd edək ki, "Kadis" 3 turdan sonra 2 xalla 22 klub arasında 16-cı pillədə qərarlaşıb.
0
0