[b]Milli komandada baş məşqçi dəyişikliyi[/b]
06.12.2016 - 18:52
Belarus millisi baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, yığmanın çalışdırıcısı Aleksandr Xatskeviç vəzifəsindən kənarlaşdırılıb.
Buna millinin uğursuz nəticələri səbəb olub. DÇ-2018-in 4 seçmə oyununda cəmi 2 xal toplayan yığmanın çıxışından narazı qalan Belarus Futbol Federasiyaları Assosiasiyası mütəxəssisə yeni şərtlərdə çalışmaq təklifi edib.
Belə ki, qurum Xatskeviçin daha aşağı maliyyə şərtləri daxilində postunda qalmasını istəyib. Mütəxəssis isə assosiasiyanın prezidenti Sergey Rumasla görüş zamanı baş tutan müzakirələrdə şərtləri qəbul etməyib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0