[b]Milli komandamıza sürpriz ziyarət[/b]
03.11.2017 - 00:22
[b]Milli komandamıza sürpriz ziyarət[/b]

Azərbaycanın qızlardan ibarət U-19 futbol millisinin Avropa çempionatının seçmə mərhələsinin elit raunduna vəsiqə qazanması barədə məlumat vermişdik. Apasport.az saytının məlumatına görə, Albaniyada keçirilən seçmə mərhələ oyunlarında İspaniya, Ukrayna və meydan sahibləri ilə mübarizədə 4 xalla qrupu ikinci pillədə başa vuran millimiz ən yaxşı ikinci kimi elit raunda vəsiqə qazanıb.

 

Hazırda Albaniyanın “Kukesi” klubunda çıxış edən Rauf Əliyev də qızlarımızı tək qoymayıb.

 

Belə ki, Əliyev yığmamızın paltardəyişmə otağına gələrək, onları təbrik edib.