[b]Milli komandamızın keçmiş üzvü 25 yaşında vəfat etdi[/b]
27.11.2016 - 12:41
Gənc futbolçu Şəhriyar Xəlilov rəhmətə gedib. Apasport.az saytının məlumatına görə, Gəncə futbolunun yetirməsi olan Xəlilov bir sıra Azərbaycan klublarının şərəfini qoruyub.
25 yaşında dünyasını dəyişən yarımmüdafiəçi “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”, “Qəbələ”, “Sumqayıt” və “Turan”dakı çıxışları ilə diqqət çəkib.
Çıxış etdiyi klublarla çempionluqlar yaşamış və müxtəlif yaş qruplarında millilərin formasını geyinmiş mərhum futbolçunun ürək tutmasından vəfat etdiyi bildirilir.
0
0