[b]Revanş baş tutmadı - YENİLƏNİB[/b]
14.10.2015 - 00:35
[b]Revanş baş tutmadı - YENİLƏNİB[/b]

Bu gün AVRO-2016-nın seçmə mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması turnirdə son matçına çıxıb.

 

Milli komandamız seçmə mərhələnin yekun qarşılaşmasında Bolqarıstanın qonağı olub. Hər iki komanda üçün formal xarakter daşıyan oyun yalnız qrupdakı turnir cədvəli baxımından əhəmiyyətli idi ki, yığma komandamız qalib gələcəyi halda qrupda 4-cü pillədə qərarlaşacaqdı.

 

Ancaq gözlənilənlərin əksinə olaraq millilərimiz matçdan məğlub ayırılıblar. Robert Prosineçkinin yetirmələri Bolqarıstana 2 top fərqi ilə yeniliblər.

 

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

X tur

13 oktyabr

 

Bolqarıstan – Azərbaycan - 2:0

Qol: Aleksandrov, 20, Rangelov, 56

 

Baş hakim: Tamaş Boqnar

Baş hakimin köməkçiləri: Peter Beretyan, Qabor Eros

Əlavə hakim-köməkçiləri: İştvan Vad, Jolt Şabo

Dördüncü hakim: Teodoros Georgiu (hamısı Macarıstan)

Hakim-inspektor: Con Flemminq (Şotlandiya)

UEFA nümayəndəsi: Ariel Kennet Şeyman (İsrail)

Sofiya. Vasil Levski stadionu

 

Bolqarıstan: 1. Bojidar Mitrev, 3. Aleksandr Aleksandrov, 5. İvo İvanov, 6. Yordan Minyev, 20. Jivko Milanov, 7. Mixail Aleklsandrov, 10. İvelin Popov, 17. Georgi Milanov, 21. Svyatoslav Dyakov, 23. Xristo Zlatinski, 8. Dmitar Rangelov

Ehtiyat oyunçular: 12. Plamen İliev, 13. Blaqoy Makendziev, 2. Strahil Popov, 4. Asen Georgiev, 15. İvan İvanov, 18.Anton Nedyalkov, 19. Aleksandr Tonev, 11. Ventsislav Hristov, 22. Todor Nedelov, 14. Georgi Kostadiov, 16. Simeon Slavçiev, 9. Anton Karaçakanov

Baş məşqçi: İvaylo Petev

 

Azərbaycan: 1. Kamran Ağayev (q), 15. Ruslan Abışov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 20. Məhəmməd Mirzəbəyov, 2. Qara Qarayev, 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 17. Elnur Cəfərov, 10. Ruslan Qurbanov

Ehtiyat oyunçular: 12. Aqil Məmmədov (q), 23. Anar Nəzirov, 4. Pavel Paşayev, 16. Tərlan Quliyev, 6. Rəşad Sadiqov, 9. Elvin Məmməmdov, 11. Tuğrul Erat, 18. Rəhman Hacıyev, 21. Arif Daşdəmirov, 8. Eddi İsrafilov

Baş məşqçi: Robert Prosineçki

 

 

1.

İtaliya

10

7

3

0

16:7

24

2.

Xorvatiya

10

6

3

1

20:5

20

3.

Norveç

10

6

1

3

13:10

19

4.

Bolgarıstan

10

3

2

5

9:12

11

5.

Azərbaycan

10

1

3

6

7:18

6

6.

Malta

10

0

2

8

3:16

2

0